"Arsenal"da yeni MÜQAVİLƏ
20.03.2024 - 22:39
"Arsenal"da yeni MÜQAVİLƏ

"Arsenal"ın mətbuat xidməti müdafiəçi Takehiro Tomiyasu ilə müqavilənin uzadıldığını açıqlayıb.

Apasport.az xəbər verir ki, yaponiyalı "topçular"la uzunmüddətli sözləşmə imzalayıb. Sövdələşmənin dəqiq müddəti açıqlanmayıb.

Qeyd edək ki, Tomiyasu 2021-ci ilin yayında 18,6 milyon avroya "Bolonya"dan "Arsenal"a keçib.

 

writer photo
Əlirza Əlirzalı
0