“Arsenal”ın gözaltısı
07.07.2022 - 00:32
“Arsenal”ın gözaltısı

“Latsio”nun yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçin yenidən İngiltərəyə köçmək variantı gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, serbiyalı 27 yaşlı orta sahə oyunçusu “Arsenal”ın transfer gündəminə düşüb.

Premyer Liqa təmsilçisi onun keçidi üçün italyanlara təklif göndərməyə hazırlaşır. “Topçular” Milinkoviç-Saviç üçün Roma klubuna 52 milyon funt sterlinq ödəməyi düşünür. “Latsio” rəhbərliyi isə aparıcı oyunçusunun gedişindən 70 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Sergey Milinkoviç-Saviç ötən mövsüm 47 oyunda 11 qol vurub, 12 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0