“Arsenal”ın gözü “Ayaks”da
13.02.2023 - 17:24
“Arsenal”ın gözü “Ayaks”da

“Arsenal” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Edson Alvaresin xidmətində maraqlıdır.

25 yaşlı meksikalı hazırda “Ayaks”ın şərəfini qoruyur. “Arsenal” onun transferi üçün yayda Niderland klubuna müraciət edəcək.

2019-cu ildən Amsterdam təmsilçisində çıxış edən Alvaresin müqaviləsi 2025-ci ildə başa çatacaq. Onun transfer qiyməti 35 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Edson cari mövsümün 27 matçında 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0