"Arsenal"ın hücumçusu Avstriyada
23.01.2024 - 09:58
"Arsenal"ın hücumçusu Avstriyada

"Arsenal" futbolçusunu icarəyə verib.

Apasport.az xəbər verir ki, hücumçu Mika Biret icarə əsasında "Şturm"un heyətinə qatılıb.

20 yaşlı futbolçu mövsümün sonuna kimi Avstriya çempionatında çıxış edəcək. Gənc futbolçunun oyunu komanda rəhbərliyini qane edərsə, onunla müqavilə imzalanacaq.

Xatırladaq ki, “Şturm” Avstriya Bundesliqasında hazırda 2-ci sırada yer alır. 

writer photo
Əlirza Əlirzalı
0