"Arsenal"la oyunu buraxacaq
26.04.2023 - 11:54
"Arsenal"la oyunu buraxacaq

"Mançester Siti"nin müdafiəçisi Premyer Liqada "Arsenal"la qarşılaşmanı buraxacaq.

Apasport.az saytı xəbər verir ki, əsas heyət üzvü olan Natan Ake vacib qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Buna 28 yaşlı niderlandlı futbolçunun ötən həftə Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya qarşı cavab matçının (1:1) ikinci yarısında zədələnməsi səbəb olub. "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Akenin oynaya bilməyəcəyini böyük itki adlandırıb.

Qeyd edək ki, “Mançester Siti” – “Arsenal” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0