"Aston Villa"da yeni hücumçu
19.01.2024 - 15:19
"Aston Villa"da yeni hücumçu

“Aston Villa” hücum xəttini gücləndirir.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu "Midlsbro"nun hücumçusu Morqan Rocersə elçi düşüb.

21 yaşlı gənc ingilisin oyununu bəyənən komanda rəhbərliyi qarşı tərəflə danışıqlara başlayıb. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm 31 matçda iştirak edən gənc forvard aktivinə 6 qol və 8 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0