"Aston Villa"nın hücumçusu “Yuventus”a keçə bilər
09.04.2024 - 15:59
"Aston Villa"nın hücumçusu “Yuventus”a keçə bilər

“Yuventus” İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa"nın hücumçusu Nikolo Zaniolo ilə maraqlanır.

Apasport.az xəbər verir ki, klubun idman direktoru Kriştiano Giuntoli "Napoli"də işlədiyi dövrdə də Zaniolo ilə əlaqə saxlayıb. Mütəxəssis yenidən futbolçu haqqında məlumat toplamağa başlayıb. 

Xatırladaq ki, Zaniolo ötən ilin yayında Super Liqa təmsilçisi “Qalatasaray”dan icarə əsasında "Aston Villa”ya keçib.
 
Qeyd edək ki, Nikolo Premyer Liqanın cari mövsümündə iştirak etdiyi 23 qarşılaşmada 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0