"Atalanta" baş məşqçisi ilə müqavilə yeniləyəcək
01.05.2024 - 13:54
"Atalanta" baş məşqçisi ilə müqavilə yeniləyəcək

İtaliyanın "Atalanta" klubu baş məşqçisi Can Pyero Qasperini ilə müqavilə müddətini 2026-cı ilin yayına qədər uzatmaq istəyir.

Apasport.az xəbər verir ki, "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, tərəflər cari mövsümün sonunda yeni anlaşmanı müzakirə edəcəklər.

Müqavilə müddətinin uzadılması “Atalanta”nın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmayacağından asılı olmayacaq.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2016-cı ilin yayından A Seriyası təmsilçisinə rəhbərlik edir. Onunla hazırkı müqavilənin müddəti bu yay başa çatacaq. “Atalanta” 57 xalla turnir cədvəlində 6-cı pillədə yer alıb.

writer photo
Əlirza Əlirzalı
0