“Atletiko” hücum xəttini gücləndirəcək
30.05.2024 - 21:44
“Atletiko” hücum xəttini gücləndirəcək

"Lill"in hücumçusu Conatan David karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Atletiko Madrid" kanadalı forvardı transfer etməkdə maraqlıdır.

Son mövsümdə David "Lill"in heyətində 47 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0