“Atletiko” Koke ilə bağlı qərar verib
10.09.2024 - 13:13
“Atletiko” Koke ilə bağlı qərar verib

“Atletiko” yarımmüdafiəçi Kokenin gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə Madrid klubunun rəhbəri Enrike Serezo danışıb:

“Klub Koke ilə yeni müqavilə bağlayacaq. Bu futbolçu bizim əfsanəmizdir, bir-birimizə ehtiyacımız var”.

Koke 2011-ci ildən Madrid komandasında çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.

İspaniyalı futbolçu bu mövsüm 4 oyun keçirib və 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0