"Atletiko" Morata ilə bağlı qərar verib
11.04.2024 - 22:18
"Atletiko" Morata ilə bağlı qərar verib

"Atletiko" komandanın hücumçusu Alvaro Moratanın gələcəyi ilə bağlı qərar verib.

Apasport.az "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi ispan hücumçu ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Daha əvvəl futbolçunun adı keçmiş klubu olan "Yuventus"la hallansa da, Turin təmsilçisi 31 yaşlı Morata fikrindən imtina edib. "Qoca sinyora" “matrasçılar”la heç bir danışıqlar aparmayıb.

Qeyd edək ki, bu mövsüm forvard Madrid klubunun heyətində 42 oyun keçirib, 20 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, onun hazırki bazar dəyəri 20 milyon avrodur. Tərəflər arasında imzalanan müqavilə isə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0