Bu gün AVRO-2024-ün pley-off mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, Millətlər Liqasından pley-offa vəsiqə qazanan 12 komanda yarımfinal matçlarına çıxıb.
A, B və C yolu üzrə keçiriləcək görüşlərin qalibləri həlledici duelə vəsiqə qazanıblar.
A yolunda Polşa və və Uels yığmaları finala bilet əldə ediblər. Polşalılar 5, uelslilər 4 dəfə fərqləniblər.
B yolunda Ukrayna yığması çətin uğura imza atıb. Bosniya və Herseqovina ilə görüşdə məğlub vəziyyətə düşən ukraynalılar 85-ci və 88-ci dəqiqələrdə qələbə qollarını vurublar. Digər cütdə İslandiya İraildən güclü olub.
C yolunda Gürcüstan finala yüksəlib. Qonşularımız Lüksemburqun qapısından 2 cavabsız top keçiriblər. Əvəzində Qazaxıstan eyni uğuru təkrarlaya bilməyib. Yunanıstan millisi 5:0 hesabı ilə qələbə qazanıb.
AVRO-2024-ün pley-offu
Yarımfinal
21 mart
A yolu
23:45. Polşa - Estoniya - 5:1
Qollar: Frankovski, 22. Zielinski, 50. Pyotrovski, 70. Mets, 74 (öz qapısına). Şimanski, 77 - Vetkal, 78
23:45. Uels – Finlandiya - 4:1
Qollar: Bruks, 3. Uilyams, 38. Conson, 47. Ceyms, 86 - Pukki, 45
B yolu
23:45. İsrail – İslandiya - 1:4
Qollar: Zahavi, 30 (pen.) - Qudmundsson, 39; 83; 87. Traustason, 42
23:45. Bosniya və Herseqovina – Ukrayna - 1:2
Qollar: Matvienko, 57 (öz qapısına) - Yaremçuk, 85. Dovbik, 88
C yolu
21:00. Gürcüstan – Lüksemburq - 2:0
Qollar: Zivzivadze, 41; 64
23:45. Yunanıstan – Qazaxıstan - 5:0
Qollar: Bakasetas, 9 (pen.). Pelikas, 15. İoannidis, 37. Kurbelis, 40. Maroçkin, 85 (öz qapısına)
Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.