AVRO-2028-in ev sahibləri müəyyənləşdi: Türkiyə namizədliyini geri götürdü
04.10.2023 - 13:44
AVRO-2028-in ev sahibləri müəyyənləşdi: Türkiyə namizədliyini geri götürdü

AVRO-2028-in ev sahibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qitə çempionatı Böyük Britaniya və İrlandiyada keçiriləcək. Buna digər namizədin qalmaması səbəb olub. Belə ki, öncədən AVRO-2028-i keçirmək istəyində olan Türkiyə namizədliyini geri götürüb.

Qeyd edək ki, AVRO-2024 Almaniyada keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0