Avropa nəhənglərindən türkiyəli futbolçuya təklif
06.04.2023 - 12:38
Avropa nəhənglərindən türkiyəli futbolçuya təklif

Türkiyəli futbolçu Efe Sarıkaya Avropanın aparıcı klublarının radarına düşüb.

Apasport.az saytı xəbər verir ki, 17 yaşı olan gənc stoper üçün artıq 3 qitə nəhəngi rəsmi təklif göndərib. 

I Liqada “Altay”ın şərəfini qoruyan Sarıkayanı Madrid “Atletiko”su, “Mançester Siti” və “Sevilya” öz heyətində görmək istəyir. 

Qeyd edək ki, bu mövsümdən İzmir təmsilçisinin əsas heyətinə cəlb edilən Türkiyə millisinin aşağı yaş qrupunun futbolçusu 22 matçda oynayıb.

writer photo
Əlirza Əlirzalı
0