Avropanın aparıcı futbol ölkələrində qış transfer pəncərəsi bağlanıb.
Apasport.az xəbər verir ki, son gündə klublar bir neçə səs-küylü transfer etməyi bacarıb. Onları təqdim edirik:
Jorjinyu ("Çelsi"dən 12 milyon funta "Arsenal"a transfer oldu)
Juan Kanselu ("Mançester Siti"dən "Bayern"ə icarəyə verildi)
Əmrə Dəmir ("Barselona"dan sərbəst futbolçu kimi "Fənərbağça"ya transfer oldu)
Torqan Azar (Dortmund "Borusiya"sından PSV-yə icarəyə verildi)
Xaris Seferoviç ("Benfika"dan "Selta"ya icarəyə verildi)
Albert Sambi Lokonqa ("Arsenal"dan "Kristal Pelas"a icarəyə verildi)
Keylor Navas (PSJ-dən "Notinqem Forest"ə icarəyə verildi)
Ektor Belyerin ("Barselona"dan 1,5 milyon avroya "Sportinq"ə transfer oldu)
Pedro Poro ("Sportinq"dən "Tottenhem"ə icarəyə verildi)
İlya Zabarnı (Kiyev "Dinamo"sundan "Bornmut"a transfer oldu)
Matt Doherti ("Tottenhem"dən sərbəst futbolçu kimi "Atletiko"ya transfer oldu)
Ayose Peres ("Lester"dən "Betis"ə icarəyə verildi)
Dyeqo Lyorente ("Lidz Yunayted"dən "Roma"ya icarəyə verildi)
Saşa Lukiç ("Torino"dan 10 milyon avroya "Fulhem"ə transfer oldu)
Qeyd edək ki, transfer pəncərəsi Azərbaycan klubları üçün 8 fevraladək açıq olacaq.
Səbuhi Musa