Türkiyə Super Liqasının lideri "Qalatasaray" müdafiədəki uğurlu çıxışı ilə bu sahədə Avropa nəhənglərini qabaqlayıb.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” liqada hər oyuna orta hesabla 0,53 qol buraxmaqla Avropa reytinqində ikincidir.
Avropanın top 10 liqasında hər oyunda ən az qol buraxan komandalar belədir:
1. "İnter" - 27 matç 13 qol
2. "Qalatasaray" - 28 Matç 15 qol
3. PSV - 24 matç 13 qol
4. "Reyncers" - 29 oyun, 16 qol
5. "Bayer" - 24 matç 16 qol
6. "Real"- 27 matç, 18 qol
7. "Porto" - 24 matç, 17 qol
8. PSJ - 24 matç, 19 qol
9. "Arsenal" - 27 oyun, 23 qol
10. "Brügge" / "Antverpen" - 28 matç 26 qol