"Axmat" braziliyalı müdafiəçinin transferini açıqladı
18.01.2024 - 12:46
"Axmat" braziliyalı müdafiəçinin transferini açıqladı

“Axmat” futbol klubu daha əvvəl “Slovan”da çıxış etmiş braziliyalı müdafiəçi Lukas Lovatın transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu "Axmat"la 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 

Oyunçu 2020-ci ilin yanvarından "Slovan"da çıxış edir.

“Transfermarkt” braziliyalı müdafiəçinin bazar qiymətini 600 min avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "Axmat" bu mövsüm Rusiya Premyer Liqasının ilk turundan sonra 17 xal toplayaraq turnir cədvəlində 13-cü yerdədir. 

writer photo
Əlirza Əlirzalı
0