“Ayaks” özünə gələ bilmir - antirekord
09.10.2023 - 19:01
“Ayaks” özünə gələ bilmir - antirekord

"Ayaks" Hollandiya çempionatının VIII turunun"AZ Alkmaar" ilə oyununda 1:2 hesabıyla məğlub olub.

Apasport.az xəbər verir ki, paytaxt komandası 6 oyundan sonra 5 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. 

Komanda ardıcıl 7 oyununda da qələbə üzünə həsrət qalıb. Belə ki, amsterdamlılar Avropa Liqasında 3, Erediviziyada isə 4 görüşdə meydançadan qalib ayrıla bilməyib.

Qeyd edək ki, “Ayaks” 1999-cu ildən bəri ilk dəfə Erediviziyada ardıcıl 3 matçda da məğlub olub.
 

writer photo
Əlirza Əlirzalı
0