“Ayaks” qara zolaqdan çıxa bilmir
23.10.2023 - 10:13
“Ayaks” qara zolaqdan çıxa bilmir

“Ayaks” tarixinin ən bərbad dövrünü yaşayır.

Apasport.az xəbər verir ki, komanda turnir cədvəlində sondan ikinci pillədə qərarlaşıb.

18 klubun mübarizə apardığı Erediviziyada 17-ci pillədə yer alan komanda son 5 matçın 4-də məğlub olub, birində isə heç-heçə edib. Mauris Steynin rəhbərlik etdiyi kollektiv yeni mövsümdə çıxdığı 7 matçda cəmi 5 xal toplayıb.

Qeyd edək ki, "Ayaks" iştirak etdiyi bütün yarışlarda ardıcıl 8 matçdır ki, qələbə qazana bilmir. Bu nəticə ölkədə peşəkar futbolun tətbiqin olunduğu - 1954-cü ildən bəri ən pis seriyadır.

writer photo
Əlirza Əlirzalı
0