"Ayaks"ın üzrxahlığı
24.12.2023 - 00:29
"Ayaks"ın üzrxahlığı

“Ayaks” maraqlı addımı ilə gündəm olub.

Apasport.az xəbər verir ki, komanda Niderland Kubokundakı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Amsterdam təmsilçisi ölkə kubokunun 1/16 final mərhələsinin "Hercules"lə (2:3) matçından sonra azarkeşlərə biletlərin və yol xərclərinin pulunu qaytarmaq qərarına gəlib.
Klub rəhbərliyi oyunun sabahısı günü səfər oyununda iştirak edən bütün azarkeşlərinə elektron məktub göndərərək, onları məlumatlandırıb.

Qeyd edək ki, “USV Hercules” ölkə çempionatının 4-cü divizionunda çıxış edən həvəskar klubdur.

writer photo
Əlirza Əlirzalı
0