Balde üçün 30 milyon
09.10.2022 - 00:58
Balde üçün 30 milyon

“Barselona”nın futbolçusu Alexandro Balde karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “İnter”ə keçməyə yaxındır.

“Neradzurra” 18 yaşlı sol cinah oyunçusu üçün 30 milyon avro ödəməyə hazırdır. Alexandronun İspaniya klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.

Qeyd edək ki, “Barselona”da ötən mövsüm debüt edən Balde 14 matç keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0