Barellaya Premyer Liqadan daha bir müştəri
25.04.2023 - 19:53
Barellaya Premyer Liqadan daha bir müştəri

“İnter”in futbolçusu Nikolo Barella İngiltərənin daha bir klubunun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Liverpul” italiyalı yarımmüdafiəçini yay transfer pəncərəsində heyətinə qatmaq fikrindədir.

26 yaşlı futbolçu ildə “Çelsi” də maraqlanır. O, 2020-ci ildə “Kalyari”dən Milan təmsilçisinə keçib. Nikolonun klubu ilə anlaşması 2026-cı ilin iyununda başa çatacaq.

Qeyd edək ki, futbolçunun transfer qiyməti 70 milyon avro ilə dəyərləndirilir.

writer photo
Əlirza Əlirzalı
0