“Barselona” "Bavariya"dan onu gətirə bilər
16.09.2023 - 16:41
“Barselona” "Bavariya"dan onu gətirə bilər

Daha bir futbolçu “Barselona”nın maraq dairəsinə düşüb. 

Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi  "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixə elçi düşüb.

Skautlar 28 yaşlı oyunçu ilə bağlı müsbət rəy bildiriblər. Əgər Kimmix mövsümün sonunadək Münhen klubuyla müqaviləsinin müddətini artırmazsa, ispanlar gələn ilin yayında oyunçunu heyətə cəlb etməyə çalışacaq.

Qeyd edək ki, Kimmixin Almaniya çempionu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0