“Barselona” Dembele ilə anlaşır
10.07.2022 - 21:30
“Barselona” Dembele ilə anlaşır

“Barselona” yarımmüdafiəçi Usman Dembele ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Fransa millisinin üzvü ilə anlaşmağa yaxındır.

Kataloniyalılar 25 yaşlı ön xətt oyunçusunun meneceri ilə sözləşmənin yekun detallarını müzakirə edirlər. “Barselona” Dembele ilə yeni sözləşmə imzalandığını gələn həftənin ortalarında açıqlamağı planlaşdırır. Hazırda azad agent olan fransalının maaşının 40 faiz azaldılması, müqavilə müddətinin 2 il olması gözlənilir.

Qeyd edək ki, Usmen Dembele başda PSJ olmaqla, bir neçə klubun gündəmindədir.
 

writer photo
Əlirza Əlirzalı
0