“Barselona” Frenki üçün yeni təklif hazırlayır
15.09.2023 - 01:08
“Barselona” Frenki üçün yeni təklif hazırlayır

“Barselona” yaxın günlərdə Frenki De Yonqla müqavilə müddətini artıracaq.

Apasport.az saytı xəbər verir ki, hollandiyalı futbolçuya 2027/28 mövsümünün sonunadək razılaşma təklif olunacaq.
Kataloniyalılar Frenkiyə maaşının azaldılması şərti ilə müqavilə bağlamaq niyyətindədir. 2019-cu ildən “Barselona”da çıxış edən De Yonq komandanın əsas üzvlərindən biridir. 

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçinin Kataloniya klubu ilə hazırki müqaviləsi 2026-cı ilin iyununda bitəcək. Den Yonqun transfer qiyməti 75 milyon avro dəyərləndilir.
 

writer photo
Əlirza Əlirzalı
0