"Barselona" futbolçusu ilə müqavilənin müddətini artırır.
Apasport.az xəbər verir ki, La Liqa klubu hücumçusu Mark Giunun uzun müddət komandaya xidmət etməsini istəyir.
Kataloniyalılara 17 yaşlı gənc istedadın anlaşmasını 2030-cu ilin yayına kimi artırmaq niyyətindədir. Giunun özü də mövzu ilə bağlı açıqlamasında “Barselona”da oynamaqdan həzz aldığını və uzun müddət komandanın şərfini qorumaq istədiyini bildirib.
Qeyd edək ki, klubla hazırki anlaşaması 2025-ci ilə qədər qüvvədə olan Giu Kataloniya təmsilçisinin öz yetirməsidir. Gənc forvard hazırda “Barselona”nın 18 yaşadək futbolçularından ibarət komandasında çıxış edir.