"Barselona" hakimlərə rüşvət vermədiyini sübut etmək istəyir
26.02.2023 - 18:45
"Barselona" hakimlərə rüşvət vermədiyini sübut etmək istəyir

"Barselona" Neqreyra işi ilə bağlı mətbuat konfransı təşkil edəcək.

Apasport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu bunu, böyük ehtimalla, martın 7-də – İspaniya Kral Kuboku çərçivəsində Madrid "Real"ı ilə oyundan 5 gün sonra edəcək. "Barselona" jurnalistlər önündə hakimlərə rüşvət vermədikləri mövqeyini çatdırmaq istəyir.

Xatırladaq ki, "Barselona" 2016-2018-ci illər ərzində İspaniya Hakimlər Komitəsinin vitse-prezidenti Xose Maria Enrikes Neqreyraya 1,4 milyon avro ödəyib. Daha sonra məlum olub ki, Kataloniya klubu 2001-ci ildən Neqreyraya 6,66 milyon avro ödəyib.

writer photo
Əlirza Əlirzalı
0