“Barselona” yay fasiləsində yola salmaq istədiyi daha iki futbolçunu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu hücumçular Rey Manay və Martin Breytveytin xidmətində maraqlı deyil.
Rəhbərlik bu barədə hər iki oyunçunu artıq məlumatlandırıb. “Barsa”da gələcəyinin olmadığını qəbul edən Manay “Uotford”la transfer danışığı aparmaq üçün artıq İngiltərəyə yollanıb. 25 yaşlı albaniyalı İtaliya və İspaniya klublarının da gündəmindədir.
Ondan fərqli, Breytveyt xəbərdarlığa məhəl qoymur. Danimarka millisinin üzvü hələ də özünü La Liqa təmsilçisində sübut edəcəyinə inanır. Klub isə onun transferindən 8 milyon avroluq gəlir götürməyi planlaşdırır.
Qeyd edək ki, Rey Manayın “Barselona” ilə müqaviləsi 2023-cü ilin, Martin Breytveytin sözləşməsi isə 2024-cü ilin yayına qədərdir.