“Barselona” istədiyi müdafiəçini tapdı
19.08.2022 - 22:07
“Barselona” istədiyi müdafiəçini tapdı

“Barselona”nın heyətinə qatacağı müdafiəçi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Xuan Foytu transfer edəcək.

Argentina millisinin və “Vilyarreal”ın müdafiəçisi ilə müqavilənin bütün detalları razılaşdırılıb. 24 yaşlı futbolçunun keçidi üçün iki klub arasında danışıqlar da yekunlaşmalıdır.

“Vilyarreal” oyunçusu üçün 42 milyon avro tələb edir. Onun yerinə oyunçu axtarışına da başlanılıb.

Qeyd edək ki, “Barselona” yeni oyunçularını sifariş etmək üçün ixtisarlar da aparmalıdır.
 

writer photo
Əlirza Əlirzalı
0