"Barselona" Kanselo ilə müqaviləni razılaşdırdı
03.08.2023 - 16:11
"Barselona" Kanselo ilə müqaviləni razılaşdırdı

“Mançester Siti”nin futbolçusu Joao Kanselo "Barselona"ya keçir.

Apasport.az saytı xəbər verir ki, 29 yaşlı portuqaliyalı Kataloniya klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Klublar arasında danışıqların davam etdiyi və yaxın günlərdə müqavilənin imzalanacağı bildirilir. 

Kanselo 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında "Bavariya"da keçirib. Müdafiəçi münhenlilərin heyətində 21 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun "şəhərlilər"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0