“Barselona” “Lester”in futbolçusuna göz dikdi
12.10.2022 - 00:43
“Barselona” “Lester”in futbolçusuna göz dikdi

“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Barselona” 25 yaşlı orta sahə oyunçusunun xidmətində maraqlıdır.

Kataloniya klubu Belçika millisinin üzvünü mövsümün sonunda azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Çünki Tilemansın “Lester”lə sözləşməsi gələn ilin yayına qədərdir. İspanlar indidən futbolçu ilə danışığa başlayıb.

Qeyd edək ki, Yuri Tilemans bu mövsüm Premyer Liqada keçirdiyi 9 oyunda 1 qol, 1 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0