“Barselona” “Mançester Yunayted”in futbolçusuna elçi düşdü
05.12.2023 - 12:39
“Barselona” “Mançester Yunayted”in futbolçusuna elçi düşdü

“Barselona” heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, İspaniya nəhəngi Donni van de Bekin xidmətində maraqlıdır.

“Mançester Yunayted”in niderlandlı yarımmüdafiəçisi zədələnən Qavini əvəz edə bilər. Donninin özü də İngiltərə klubundan ayrılmaq arzusundadır. Onun xidmətində “Yuventus” da maraqlıdır.

Qeyd edək ki, van de Bek 2020-ci ildən Mançester təmsilçisində çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0