"Barselona" prezidentindən Xavi açıqlaması
02.02.2024 - 14:17
"Barselona" prezidentindən Xavi açıqlaması

"Heç vaxt Xavini qovmaq barədə düşünməmişəm".

Apasport.az saytı xəbər verir ki, bu açıqlama “Barselona”nın prezidenti Joan Laportaya məxsusdur.

Gözlənilənlərin əksinə Laporta 44 yaşlı məşqçinin işindən razılıq edib: "Xavi mənə ən yaxşı işin ayrılmaq olduğunu, istefa verəcəyini dedi. Bunu o qədər inamla etdi ki, biz onu dinləməyə məcbur olduq. Ancaq mən baş məşqçimizin işindən razı olduğumu və ən azı mövsümün sonuna kimi komandanı tərk etməsinə icazə vermədiyimi dedim. İnanıram ki, Xavi uzun müddət doğma klubuna rəhbərlik edəcək. Tam səmimi deyirəm ki, bir an belə onu işdən çıxarmaq haqda düşünməmişəm”.

Qeyd edək ki, İspaniya mətbuatında komandanın bu mövsümkü zəif çıxışına görə mütəxəsssisin Kataloniya klubunu tərk edəcəyi iddia olunurdu.

writer photo
Əlirza Əlirzalı
0