"Barselona"da daha bir ayrılıq gündəmdədir
22.08.2024 - 15:51
"Barselona"da daha bir ayrılıq gündəmdədir

İlkay Gündoğanla yollarını ayırmağa hazırlaşan "Barselona"da daha bir ayrılıq yaşana bilər.

Apasport.az xəbər verir ki, katalonlar Vitor Rokeni icarəyə göndərməyi düşünür.

Gənc hücumçunun "Real Betis"ə keçmək ehtimalı böyükdür. Futbolçuların gedişini gözləyən "Barselona" Dani Olmonu hələ də qeydiyyatdan keçirə bilməyib.

Qeyd edək ki, karyerası ərzində 118 matça çıxan 19 yaşlı Vitor 37 qol vurub, 13 qol ötürməsi verib.

writer photo
Əlirza Əlirzalı
0