"Barselona"da yeni məşqçi iddiası
17.01.2024 - 14:39
"Barselona"da yeni məşqçi iddiası

Yeni mövsümdə "Barselona"nın baş məşqçisi dəyişə bilər.

Apasport.az xəbər verir ki, Mişel Anxel "Jirona"nı Katoloniya klubuna dəyişəcək.

48 yaşlı ispaniyalı bu məqsədlə klub rəhbərliyi ilə 3 görüş keçirib. İddialara görə, danışıqların müsbət yöndə davam etdiyi və “Barselona” prezidentinin yaxın günlərdə yekun qərarını açıqlayacağı bildirilir.

Qeyd edək ki, Miçel 2021-ci ilin yayından "Jirona"da işləyir. Hazırda turnir cədvəlinin ilk sırasında yer alan komanda 20 matçdan sonra 49 xala sahibdir.

writer photo
Əlirza Əlirzalı
0