"Barselona"da zədə şoku
31.01.2024 - 00:29
"Barselona"da zədə şoku

"Barselona" azarkeşlərinə bəd xəbərimiz var.

Apasport.az xəbər verir ki, komandanın mətbuat xidməti hücumçu Joao Feliksin zədələndiyini bildirib.

24 yaşlı portuqaliyalı məşq zamanı zədələnib. Ona sağ ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Feliksin nə vaxt meydana qayıdacağı təkrar müayinədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, bu mövsüm 28 matçda iştirak edən Feliks 7 qol və 5 məhsuldar ötürməyə sahibdir.

writer photo
Əlirza Əlirzalı
0