“Barselona”dan “Betis”ə
06.09.2023 - 01:14
“Barselona”dan “Betis”ə

“Barselona” Abde Ezzalzulini “Betis”ə keçidini təsdiqləyib.

Apasport.az saytı xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Müqavilənin detallarına görə, “Barselona” iki il ərzində Abdeni öz heyətinə qata bilər. Bu zaman kataloniyalılar 20 milyon avro ödəməli olacaqlar. Bundan başqa, “Barselona” növbəti satışdan 50 faiz pay əldə edəcək.

Qeyd edək ki, 2022/23 mövsümünü mərakeşli futbolçu icarə əsasında “Osasuna”da keçirib. O, 34 oyunda 6 qol və 2 ötürmə ilə yadda qalıb. 
 

writer photo
Əlirza Əlirzalı
0