“Barselona”dan Puç qərarı
01.08.2022 - 23:17
“Barselona”dan Puç qərarı

“Barselona” rəhbərliyi yarımmüdafiəçi Riki Puçla müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçunun anlaşması daha iki illik uzadılacaq.

Rikinin indiki sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. Onun çıxışından razı qalan klub rəhbərliyi bu müddəti uzatmağı məqsədəuyğun sayıb.

Puç bir neçə klubun da maraq dairəsindədir. “Benfika”, “Fulhem”, “Fiorentina” və “Los-Anceles Qalaksi” onu heyətində görmək istəyir.

Qeyd edək ki, Riki ötən mövsümün 15 matçında 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0