Bukmeker kontorlarında növbəti böyük mərc qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, müştəri eyni güncə üç ekspress kuponla mərc edib.
O, hər varianta 150 min rubl (3 min 120 manat) qoyub. Bu kuponların ümumi əmsalı 16,48-ə bərabər olub.
Ən böyük variantda bu rəqəm 9,88-ə çatıb:
“Barselona” – “Real” – 0:4 (2-ci komanda mərhələ keçəcək)
“Mançester Yunayted” – “Brentford” – 1:0 (1)
“Leypsiq” – “Borussiya” D – 2:0 (Fora1 (0)
“Barselona”nın darmadağın olduğu “El Klasiko” digər iki kuponda da yer alıb. İkincidə “Real”ın uduzmayacağı, üçüncüdə Fora2 (-1) variantına üstünlük verilib. Hər üç kuponu uduşlu olan better 2 milyon 472 min rubl (51 min 417,6 manat) uduşa sahib çıxıb.