“Barselona”nın əl çəkmədiyi belçikalı
20.11.2022 - 22:53
“Barselona”nın əl çəkmədiyi belçikalı

Dortmund “Borussiya”sının müdafiəçisi Tomas Menye qış fasiləsində klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin futbolçusunun İspaniyaya köçmək variantı yaranıb.

Çünki “Barselona” sağ cinah oyunçusunun transferində israrlıdır. Kataloniya klubu həmin mövqedəki boşluğu məhz 31 yaşlı futbolçu ilə doldurmağı planlaşdırır. “Barsa” rəhbərliyi yayda ala bilmədiyi Menyeni qış fasiləsində heyətinə cəlb etməyə çalışacaq.

Qeyd edək ki, bu mövsüm “Borussiya”nın heyətində 14 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalan Tomas Menyenin almanlarla müqaviləsi 2024-cü ilin yayına kimidir.

writer photo
Əlirza Əlirzalı
0