“Barselona”nın Feliks və Kanselo planı
19.12.2023 - 17:33
“Barselona”nın Feliks və Kanselo planı

“Onların hər ikisinin komandanın daimi üzvü olmasını istəyirik”.

Apasport.az xəbər verir ki, bunu “Barselona”nın prezidenti Joan Laporta deyib.

O, Joao Feliks və Joao Kanselonun klubdakı vəziyyəti haqda fikirlərini bölüşüb. Laporta icarə əsasında komandanın şərəfini qoruyan hər iki futbolçunun Kataloniya təmsilçisində qalacağına inanır: "Biz futbolçuların agentləri və məxsus olduqları komandalarla danışıqları davam etdiririk. İnanıram ki, “Atletiko” və “Mançester Siti” futbolçuların bizim komandada qalmasına razılıq verəcək. Hadisələrin gedişatını diqqətlə izləyirik. Mən hiss edirəm ki, sonda bütün tərəflər xoşbəxt olacaq”.

Qeyd edək ki, yayda "Barselona" ya keçən 24 yaşlı hücumçu Joao Feliks 19 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı müdafiəçi Joao Konselo isə 20 oyunda iştirak edərək, 3 qol və 2 məhsuldar ötürməyə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0