“Barselona”nın futbolçusu avtomobillə azarkeşin üstünə çıxdı
01.11.2022 - 10:56
“Barselona”nın futbolçusu avtomobillə azarkeşin üstünə çıxdı

“Barselona”nın futbolçusu Ronald Arauxo avtomobili ilə xanım azarkeşin ayağının üstünə çıxıb.

Apasport.az saytının məlumatına görə, hadisə klubun məşq bazasının yaxınlığında baş verib.

Azarkeşlər məşqdən çıxan futbolçu ilə şəkil çəkdirmək və avtoqraf almaq üçün onun avtomobilini əhatəyə alıb. 23 yaşlı uruqvaylı oranı tərk etmək istəyəndə çox yaxında dayanan qadının ayağının üstünə çıxıb.

Azarkeşin qışqırığını eşidən futbolçu maşından düşərək ondan üzr istəyib və durumu ilə maraqlanıb. “Barselona”nın tibbi personalı ilkin yardım üçün hadisə yerinə gəlib.

 

writer photo
Əlirza Əlirzalı
0