“Barselona”da baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.
Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.
Kataloniyalıların rəhbəri komandanın hazırkı baş məşqçisi Xavinin işindən narazıdır. 61 yaşlı futbol funksioneri ən ideal namizəd kimi "Liverpul"un baş məşqçisi Yurgen Kloppu görür.
Ancaq almaniyalını ispan klubuna gətirmək Laporta üçün o qədər də asan olmayacaq. Çünki "Barselona"nın maddi vəziyyəti heç də ürəkaçan deyil.
Qeyd edək ki, cari mövsüm 17 matçda 35 xal toplayan “Barselona” turnir cədvəlinin 4-cü pilləsində yer alır. Komanda lider "Jirona"dan 9 xal geri qalır.