"Barselona"nın kapitanı azad agentə çevrilib
01.07.2024 - 10:32
İspaniyalı yarımmüdafiəçi Sergi Roberto azad agent olub.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçu "Barselona" ilə əvvəlki sözləşməsinin vaxtı bitməmiş yeni müqaviləsini yeniləməmişdi
O, bu gündən rəsmən azad agent statusunu alıb.
Bununla belə, ispaniyalı hələ də “Barselona”da oynamağa davam edə bilər. Qeydiyyatla bağlı problemlər həll olunarsa, klub onunla yeni müqavilə bağlayacaq.
Qeyd edək ki, Robertonun adı son zamanlar İtaliya təmsilçisi "İnter"lə hallanır.
0
0