"Barselona”nın Silva planı
06.08.2023 - 12:44
"Barselona”nın Silva planı

“Barselona” Bernardo Silvanın transferi ilə bağlı “Mançester Siti”yə ilkin təklifini verib.

Apasport.az-ın məlumatına görə, Kataloniya klubu Usman Dembelenin gedişini bu keçidlə sığortalamaq istəyir.

Portuqaliyalı futbolçu dəfələrlə “Barselona”da oynamaq arzusunu açıq şəkildə bildirib. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Silvanın istəyinə qarşı çıxmayacaqlarını vurğulayıb. Kataloniyalılar ulduz yarımmüdafiəçini 2024-cü ildə transfer şərti ilə icarə etməyi planlaşdırır. Onun qiyməti 80 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Bernardo Silva “Mançester Siti”nin son mövsümdə üç kubok qazanmasında böyük pay sahibi olub.

writer photo
Əlirza Əlirzalı
0