"Başakşehir"dən ayrıldı, İsrailə qayıtdı
19.01.2024 - 14:59
"Başakşehir"dən ayrıldı, İsrailə qayıtdı

Sosial media hesabında İsrail-Fələstin müharibəsinin 100-cü günü ilə bağlı paylaşım edən futbolçu Eden Karzev "Başakşehir"dən ayrılıb.

Apasport.az xəbər verir ki, "Başakşehir"in məsələ ilə bağlı verdiyi açıqlamada Karzev üçün intizam prosesinin başladığı və futbolçunun karyerasını xaricdə davam etdirəcəyi bildirilib.

"Narıncı-göylülər"in bu qərarından sonra Eden Karzevin yeni komandası bəlli olub. 

"Tel-Əviv" sabiq futbolçusu Eden Karzevi "Başakşehir"dən satın alma alternativi ilə icarəyə götürdüyünü rəsmən açıqlayıb.

 

writer photo
Əlirza Əlirzalı
0