"Fənərbaxça"nın futbolçusu Mişi Batşuayi Türkiyə klubundan ayrılmağa qərar verib.
Apasport.az xəbər verir ki, belçikalı "Fənərbaxça"dakı durumundan ciddi narazıdır.
O, kifayət qədər şans qazanmadığı qənaətindədir. Mişi daha çox oynayacağı komandaya keçməyi planlaşdırdırır. Onun narazılığını anlayışla qarşılayan klub rəhbərliyi transferlə bağlı potensial müştərilərlə danışıqlara başlamağa razılıq verib.
İngiltərə və Fransadan təkliflər alan təcrübəli futbolçu “Böyük beşlik” liqalarından biri ilə müqavilə bağlamaq niyyətindədir. Batşuayinin ayrılmaq istəyindən sonra “Fənərbaxça”nın yanvarda ən az 2 futbolçu transfer edəcəyi dəqiqləşib.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında "Çelsi"dən 3,5 milyon avroya transfer edilən Mişi bu mövsüm "Fənərbaxça" forması ilə avrokuboklarda 8, Super Liqada isə 5 matça çıxıb. Mərkəz hücumçusu ümumilikdə 4 qol vurub, 3 məhsuldar ötürmə edib. 30 yaşlı hücumçunun müqaviləsi 2024-cü ilin iyununda başa çatır.