“Bavariya” “30”a çatdı
14.09.2022 - 09:41
“Bavariya” “30”a çatdı

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsindəki məğlubiyyətsiz oyunlar seriyasını 30-a çatdırıb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu II turda “Barselona”nı 2:0 hesabı ilə məğlub edib.

Münhenlilər qrupdakı son xalsız matçını 2017-ci ildə keçirib. Həmin vaxt II turda PSJ “Bavariya”nı 2:0 hesabı ilə yenib.

Həmin vaxtda 30 görüşə çıxan Bundesliqa klubu 27 qələbə qazanıb və 3 heç-heçə edib. Münhenlilər 30 oyunun hamısında qol sevinci yaşayıb.

Qeyd edək ki, “Barselona” mövsümdə ilk dəfə uduzub.

writer photo
Əlirza Əlirzalı
0