“Bavariya” müdafiəçisini satır
05.07.2022 - 15:00
“Bavariya” müdafiəçisi Benjamin Pavarı bu yay satmağa hazırdır.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Fransa millisinin üzvü üçün təklifləri dəyərləndirmək qərarına gəlib.
Hazırda onun xidmətində “Atletiko”, “Yuventus” və “Çelsi” maraqlıdır. Bundesliqa çempionu 26 yaşlı oyunçusunun gedişindən qazanılacaq pulu yeni transferə xərcləmək fikrindədir.
Qeyd edək ki, üç ildir “Bavariya”da çıxış edən Benjamin Pavarın müqaviləsi 2024-cü ilin yayına qədərdir.
0
0