"Bavariya" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlara başlayıb
25.03.2024 - 12:58
"Bavariya" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlara başlayıb

"Bavariya" yeni baş məşqçi axtarışına çıxıb.

Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, alman qrandının maraq dairəsinə hazırda "Brayton"da çalışan italyan mütəxəssis Roberto de Zerbi daxildir.

Məlumata görə, alman nəhəngi Tomas Tuxelin potensial varisi ilə danışıqlara başlayıb.

Daha əvvəl "Bavariya"nın cari mövsümün sonunda Tuxeli istefaya göndərəcəyi açıqlanmışdı. Komanda Bundesliqada ikinci yerdədir və Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0